Şirvanda ev yanıb

Şirvan şəhərində evdə yanğın olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə və qamışdan ibarət dam örtüyü 18 m² sahədə yanıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə