FHN tərəfindən 53 qurğunun istismarına qadağa qoyulub

FHN tərəfindən 53 qurğunun istismarına qadağa qoyulub

Bu ilin birinci rübündə sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 713 təhlükə potensiallı obyektdə (müəssisədə) 7019 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib.

SİA xəbər verir ki, bu FHN-in birinci rüb ərzində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinə dair hesabatında qeyd edilib .

Bildirib ki, ümumilikdə 1 131 akt tərtib edilib, qayda pozuntuları aşkar edilən 53 qurğunun istismarına qadağa qoyulub: “Texniki təhlükəsizlik qaydaları üzrə biliklərin yoxlanılması sahəsində 893 nəfər fəhlənin, 434 nəfər mühəndis-texniki işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə konkret sahələr üzrə müvafiq sənədlər verilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə