Futbol meydançasına ildırım düşdü

Futbol meydançasına ildırım düşdü

Cənubi Amerika ölkəsi olan Kolumbiyanın El-Tambo şəhərində futbol oynanılan zaman meydançaya ildırım düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, meydanda olan 5 nəfər həyatını itirib. Yaralılardan 15-i təcili yardımla xəstəxanalara aparılıb.

Qeyd edək ki, Kolumbiyanın bəzi bölgələrində zaman-zaman şiddətli ildırımlar çaxır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə