Yasamalda ev yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub. SİA-nın məlumatına görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə