Bakının Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, aeroport yolunda iki avtomobilin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Bağırov Zaur Cəlil oğlu, 1993-cü il təvəllüdlü Əliyev Nicat Kamil oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Samir Aqil oğlu yaralanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB