Afrikanın cənub-şərq sahillərinə təsir edən “Freddy” qasırğası nəticəsində Malavidə ölənlərin sayı 1000 nəfərə çatıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Malavi prezidenti Lazarus Çakvera mətbuata açıqlamasında qasırğanın yaratdığı dağıntılar və ölənlərin sayı barədə məlumat verib.
Qasırğa səbəbindən həyatını itirənlərin sayının 1000-ə yüksəldiyini bildirən L.Çakvera yarım milyondan çox adamın evlərini tərk etmək məcburiyyətində qaldığını deyib: “Evlər, körpülər, məktəblər və iş yerləri dağılıb, yollar, elektrik xətləri və əkin sahələrinə ziyan dəyib. Ölkədə tütün bazarı mövsümü idi. Qasırğa iqtisadiyyata da zərbə vurdu”.
Qeyd edək ki, Mozambik və Madaqaskar da qasırğadan mənfi təsirlənib. Mozambikdə 70-ə yaxın adam ölüb.
Ümumdünya Meteorologiya Təşkilatı 2022-ci ilin fevral ayında başlayan və bir aydır ki, davam edən “Freddy” qasırğasını “tarixin ən uzun sürən qasırğası” adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB