Bakıda sexdə iki nəfərin öldüyü yanğınla bağlı məlumat- FHN

Bakıda sexdə iki nəfərin öldüyü yanğınla bağlı məlumat- FHN

Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda sexdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 240 m² olan sexin sahəsi 44 m² olan otaqlardan birinin dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə