Bakıda yanğın olub, iki nəfər ölüb

Bakıda yanğın olub, iki nəfər ölüb

Bakıda sexdə yanğın olub. SİA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib.

Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə