Tovuzda iki avtomobil toqquşdu

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Düz cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki “Hunday” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sərnişini kəllə-beyin travması alıb və təcili tibbi yardım maşını ilə rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ( orta-ağır) olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə