Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Şərur rayon Çərçiboğan kənd sakini Namazov Nail Elşən oğlunu vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə