Avtomobil ana və iki azyaşlı övladını vurub

Avtomobil ana və iki azyaşlı övladını vurub

Bakının Xətai rayonunda avtomobil ana və iki azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. SİA xəbər verir ki, 8 noyabr prospektində avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abdulova Türkanə İlqar qızı, onun azyaşlı övladları 2021-ci il təvəllüdlü Abdulov Murad Səyahət oğlu və 2017-ci il təvəllüdlü Abdulova Nihan Səyahət qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə