Bu marşrut xəttində gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək

Bu marşrut xəttində gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək

Aprelin 10-dan "Bakı Metropoliteni" QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək", - deyə agentlik bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə