Oğlunu öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub

Oğlunu öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub

Aprelin 8-də saat 04 radələrində Yasamal rayonunda evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən K.İsarfilovun atası, 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə