Goranboyda qəza olub, ölən var

Goranboyda ölümlə nəticələn yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonu Zeyvə kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Yusif İbrahimov hadisə yerində ölüb. 1991-ci il təvəllüdlü Rəşad Məhərrəmov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə