Yasamal rayonunda yaşayış binasında yanğın baş verib

Yasamal rayonunda yaşayış binasında yanğın baş verib

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nəticədə ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd aspirator və 1 ədəd qaz sobası yanıb, yüksək temperaturdan mebel qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə