Yük maşını piyadanı vuraraq öldürüb

Qazaxda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan yük maşını yolu qarşı tərəfə keçmək istəyən 1987-ci il təvəllüdlü İbrahim Süleymanovu vurub.

Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə