Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Qumbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1988-ci il təvəllüdlü İlkin Natiq oğlu Əzimov ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına qəbul olunub. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB