“Bu mesajı verənlər layiq olduğu cavabı alacaqlar” - Qənirə Paşayeva

"Mənim düşüncəmə görə, bu, bir mesajdır. Bu mesajı verənlər layiq olduğu cavabı alacaqlar". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Deputat hüquq-mühafizə orqanlarının tezliklə cinayətkarı tapacağını vurğulayıb: "Təbii ki, araşdırılacaq. Dövlətimiz bu kimi hadisələri törədən cinayətkarların tapılmasını, cazalandırılmasını qısa zaman içərisində həyata keçirir. Bu hadisə də həmçinin araşdırılır. Ümumiyyətlə, Fazil Mustafa dövlətimizə, xalqımıza yönəlmiş addımlara qarşı hər zaman səsini ucaldıb, açıqfikirli olub".

Bütün xəbərlər Facebook səhifəmizdə