Fazil Mustafanın xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazırda Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə