Avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada 11 gün sonra xəstəxanada ölüb.

SİA-nın xəbərinə görə, hadisə martın 16-da Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, Rəşidov Yavər İsmayıl oğlu "RR FOOD" MMC-yə məxsus "Hyundai" markalı yük avtomobili Gəncə prospektində yerləşən "Fəridə" şadlıq sarayının həyətində arxaya doğru idarə edərkən piyada Tağılı İlqar Bəhram oğlunu vurub. Piyada aldığı xəsarətlərdən martın 27-də 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə