Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kabildə Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayışın intihar hücumu olduğu üzə çıxıb. Kabil Təhlükəsizlik Komandanlığının sözçüsü Xalid Zadran hadisə ilə bağlı açıqlama verib: "Malik Əsgər meydanında bir kamikadze hədəfinə çatmamış aşkar edilərək öldürülüb. Lakin partlayıcılar işə düşdü”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB