Çuvaşiyada qarayara ilə çirklənmiş ət tapılıb

...Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl Rusiya əyalətlərindən birində ər-arvadın, özləri də bilmədən, yoldan ötən qaraçılara qarayara xəstəliyinə yoluxmuş ət satdıqları barədə yazmışdıq.

Budur, Çuvaşiyada kəsilmiş öküzün qarayara xəstəliyinə yoluxmuş əti tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda ət götürülüb, saxlandığı yerlərdə karantin təşkil edilib.

Beləliklə, müəyyən edilib ki, Çuvaşiyada qarayara infeksiyasının ocağı(?) Tsivilski rayonunun Staroe Aktaşevo kəndində kənd sakininin şəxsi təsərrüfatında infeksiyaya yoluxmuş öküz dana kəsməsi səbəb olub.

Nəticədə öküzün kəsilməsində iştirak edən kişinin qonşusu, həyat yoldaşı və digər kənd sakini qarayara xəstəliyinə yoluxub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 249-cu maddəsi “Baytarlıq qaydalarının pozulması” ilə cinayət işi başlanıb.

Yerli hüquq-mühafizə orqanları kəsilmiş xəstə heyvanın ətinin şəxsi istehlak üçün əyalətin iki sakininə satıldığını və onlar onun harada olduğunu da müəyyən etməyə nail olublar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə