Evdən 10750 dollar oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Sabirabadda evdən 10750 dollar və qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barərədə SİA-ya Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə