Avtomobil velosiped sürən uşaqları vurub

Naxçıvanda avtomobil velosiped sürən uşaqları vurub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin inzibati ərazisinə daxil olan Qaraçuq kəndində baş verib. Belə ki, avtomobil velosiped sürən 2010-cu il təvəllüdlü Elay Qasımlı və 2013-cü il təvəllüdlü Aylin Novruzovanı vurub. Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən uşaqların vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə