Oqtay Əliyevin ailəsi Mədəniyyət Nazirliyinə müraciət edib

Ailəsinin müraciəti əsasında əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

"Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib" - məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə