Lənkəranda avtomobillər toqquşub, 4 nəfər yaralanıb. SİA-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
“Mercedes” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə Boladı kənd sakinləri - 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov, 2000-ci il təvəllüdlü Raul Vasif oğlu Axundov, 1971-ci il təvəllüdlü Asif İsa oğlu Sadiqov və 1999-cı il təvəllüdlü Ləj kənd sakini Kənan Cəmil oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB