58 yaşlı qadını maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Nazirə Xezari yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə