Azərbaycana 10 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycana 10 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

Mart ayının 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. SİA-ya verilən məlumat verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB