Cəlilabadda yol qəzası olub

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində rayon sakinləri - 1997-cü il təvəllüdlü Hüseyn Ağayev və 2002-ci il təvəllüdlü İbrahim Ağayev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə