Şabranda yük avtomobilləri toqquşub, iki nəfər ölüb

Şabranda yük avtomobilləri toqquşub, iki nəfər ölüb

Şabran rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı yük avtomobili qarşıdan gələn TIR-la toqquşub. İlkin məlumata görə, hər iki avtomobilin sürücüsü ölüb. “KamAZ”da olan sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılbr.

Bütün xəbərlər Facebook səhifəmizdə