Moskva yaxınlığında dəhşətli qəza

Moskva yaxınlığında dəhşətli qəza

İndi Moskva yaxınlığındakı Kaşirədə dəhşətli qəza baş verib. Belə ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, üç avtomobil toqquşub. Nəticədə beş nəfər ölüb, altı nəfər yaralanıb.

Hazırda hadisə yerində polis, təcili yardım xidmətləri və tibb işçiləri işləyir.

“İlkin məlumatlara görə, minik avtomobilinin sürücüsü qarşıdan gələn zolağa çıxaraq və qarşıdan gələn iki avtomobillə toqquşub”, - Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin saytında yerləşdirilən rəsmi məlumatda deyilir.

Hazırda haciənin təfərrüatları araşdırılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə