Ağdamda iki nəfər minaya düşərək həlak olub

Ağdamda iki nəfər minaya düşərək həlak olub

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

DİN-in Mətbuat xidmətindən SİA-ya bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə