Gəncədə 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ələkbər bəy Rəfibəyli küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107”, “QAZ-24”, və “Opel” markalı avtomobilər toquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB