Xəzər rayonunda 5 otaqlı ev yanıb

Xəzər rayonunda 5 otaqlı ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Qeyd olunub ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə