Şəmkirdə avtomobil qəzası olub - xəsarət alanlar var

Şəmkirdə avtomobil qəzası olub - xəsarət alanlar var

Şəmkir rayonun Könüllü kəndində minik avtomobili yük maşınınla toqquşub, 5 nəfər xəsarət alıb. SİA-nın Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 1970-ci il təvəllüdlü Səidə Hüseynova, onun qızı 1998-ci il təvəllüdlü Pakizə Əhmədova və daha 3 nəfər xəsarət alıb.

Onlardan ikisi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına digərləri isə Gəncə şəhərində yerləşən hospitalların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə