Astarada 30 yaşlı qadının meyiti tapılıb

Astarada 30 yaşlı qadının meyiti tapılıb

Astarada qadın qətlə yetirilib, keçmiş əri şübhəli bilinir.

Bu barədə SİA-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə bağlı məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, qadının keçmiş əri, 1993-cü il təvəllüdlü Yusif Verdiyev hadisəni törətməkdə şübhəli bilinir.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə