Gəncə sakini bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

2006-ci il təvəllüdlü Rəvan Rüstəmov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə