Atışma hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı - DİN
Bakıda baş verən atışma hadisəsini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, bu gün Bakıda atışma olub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Hadisə nəticəsində 2 nəfərin güllələndiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB