Baş Prokurorluq və DİN əməkdaşları hadisə yerindədir Bakıda atışma

Baş Prokurorluq və DİN əməkdaşları hadisə yerindədir Bakıda atışma

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları hadisə yerindədilər.

SİA xəbər verir ki, sözügedən qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

"Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur", - birgə məlumatda deyilir.

Qeyd edək ki, bu gün Bakıda atışma olub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Hadisə nəticəsində 3 nəfərin güllələndiyi bildirilir..

Bütün xəbərlər Facebook səhifəmizdə