Bakıda bulvarda batma təhlükəsində olan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş dalğıclar tərəfindən xilas edilib.Bulvarda batma təhlükəsində olan şəxs xilas edilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB