Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Lənkəran - Boradigah yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ - 21015" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşub.
Nəticədə 1987 - ci il təvəllüdlü Masallı rayonunun Ərkivan qəsəbə sakini Elçin Əlihüseyn oğlu Rəhimov, 1982 - ci il təvəllüdlü Lənkəran rayonunun Mollakənd kənd sakini Nazim Tehran oğlu Əliyev və 1979 - cu il təvəllüdlü Lənkəran şəhər sakini Ülviyyə Malik qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB