5 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

5 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Bakının Nizami rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, qəza Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, zəncirvari qəza “VAZ-2107”, iki “Toyota Prius”, “Mercedes” və “Lexus” markalı avtomobillərinin iştirakı ilə baş verib. Əraziyə polis əməkdaşları cəlb edilib. Bir nəfər yüngül xəsarət alıb. Avtomobillər ərazidən kənarlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə