Tovuzda yaşayış evi yanıb

Tovuz rayonununda evdə yanğın olub.

SİA-nın əldə etdiyi məlumata görə, Qovlar şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin tavanı 30 m² sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə