Salyanda 4 otaqlı ev yanıb

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 117 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən SİA-ya bildirilib ki, bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə