Tayvanın cənubundakı Çiayi şəhərindəki fermada quş qripi (H5N1) aşkar edildikdən sonra 36 766 toyuq məhv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu il Tayvanda 26 fermada quş qripi aşkarlanıb. Xəstəlik barədə məlumat verməyən təsərrüfatlara 1 milyon Tayvan dolları (təxminən 618 min TL) cərimə kəsiləcəyi vurğulanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fevralın 24-də açıqladığı hesabata əsasən, 2003-cü ilin yanvarından 2023-cü ilin yanvarına qədər 21 ölkədən olan insanlar arasında quş qripinə (H5N1) ümumilikdə 868 yoluxma halı qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB