Bakıda gənc qız itkin düşüb

Bakıda gənc qız itkin düşüb. SİA-nın xəbərinə görə, hadisə martın 1-də Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Rüstəmova Şəhanə Həsən qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə