Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - RƏSMİ

Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - RƏSMİ

Məşədi Dadaş Məscidinin imamı Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, TƏBİB tanınmış ilahiyyatçının ürəktutmadan dünyasını dəyişdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə