5 uşağını öldürən qadın həyatını evtanaziya ilə başa vurub

5 uşağını öldürən qadın həyatını evtanaziya ilə başa vurub

28 fevral 2007-ci ildə Belçikada qadın mərakeşli əri evdə olmadığı müddətdə 3-15 yaş aralığında 5 uşağını öldürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dostuna vida məktubu yazan qadın, intihara cəhd etsə də sağ qalıb. Həyatı sonradan filmə mövzu olan belçikalı qadın 2019-cu ildə həbsxanadan çıxıb və ölkənin cənubundakı psixiatriya mərkəzinə göndərilib. Qadın evtanaziya hüququndan istifadə edərək, burada qaldığı müddətdə çəkdiyi mənəvi ağrıları aradan qaldıra bilməməsi səbəbi ilə ölmək istəyib. Onun həyatı 28 fevral 2023-cü ildə uşaqlarını öldürdükdən düz 16 il sonra xəstəxanada 56 yaşında sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə