SƏS İnternet Televiziyasının "Youtube", eləcə də SƏS TV xəbər kanalı haker hücumuna məruz qalıb. SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev SİA-ya açıqlamasında bildirib ki, əvvəlcə kanalın bağlı olduğu email ünvanı ələ keçirilib. Daha sonra isə kanal ələ keçirilib və videolar silinməyə başlanılıb: "Hər iki kanalın müəlliflik hüququ var idi və bu hadisələrə görə, "Youtube" şirkəti cavabdehlik daşıyır. Faktiki olaraq 11-12 il ərzində fəaliyyət göstərən SƏS İnternet Televiziyasının "Youtube" və SƏS TV xəbər kanalı hakerlərin hücumuna mərzu qalıb və "Youtube"dan tamamilə silinib".
Bəhruz Quliyev deyib ki, məsələnin araşdırılması ilə bağlı əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub: "Bu, kanalın çökdürülməsinə hesablanmış sui-qəsddir".
Xatırladaq ki, Azərbaycan Respublikasında ən baxımlı kanallardan bir neçəsi məhz bu cür hallarla üzləşib. Araşdırmalara görə hakerlərin İran və Ermənistan tərəfindən təşkil olunması ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB