Dağıstanda 18 skelet tapılıb

Mahaçqala yaxınlığındakı “Cami” istirahət mərkəzinin ərazisində aparılan tikinti işləri zamanı 18 skelet tapılıb. Rusiya Federasiyasının Dağıstan üzrə istintaq idarəsinin məlumatına görə, dəfn Stalin repressiyaları illərinə aid ola bilər.

“İndi biz yoxlayır və şəraiti müəyyənləşdiririk. Ehtimal olunur ki, bunlar XX əsrin 30-cu illərinin qalıqlarıdır. Bundan artıq heç nə deyə bilmərik”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, istintaq idarəsinin Dağıstan üzrə mətbuat katibi Oksana Tenetova bildirib.

Bəzilərində deşik olan skelet və kəllələrin fotoları yerli teleqram kanalları, eləcə də Baza tərəfindən yayımlanıb. Hadisə yerində polis və müstəntiqlər işləyir. Respublikanın Daxili İşlər Nazirliyi tapıntı ilə bağlı şərh verməkdən imtina edib.

Yeri gəlmişkən, 2020-ci ildə Kabardin-Balkariyanın Baksanski rayonunun Atajukino kəndi yaxınlığında da buna bənzər hal yaşanmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə